Ərdoğan: Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək

Ərdoğan: Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək Türkiyə Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla bu gün baş tutan telefon danışığında Türkiyəyə səfərini çox gecikdirməyəcəyini bildirib.
Xarici siyasət
26 Fevral , 2024 18:25
 Ərdoğan: Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.

"O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi", - Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi