Ərdoğan: "Azad olunan ərazilərin bərpasında qısa vaxtda qət edilən məsafə qürurvericidir"

Ərdoğan: "Azad olunan ərazilərin bərpasında qısa vaxtda qət edilən məsafə qürurvericidir" “Bura gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşaya, digər tərəfdən isə cənub sərhədləri boyunca Ağbəndə, gələcəkdə də Naxçıvana birləşəcək yolların inşa edilməsini gördük və işləyən qardaşlarımızla bir araya gəldik”.
Xarici siyasət
26 Oktyabr , 2021 20:33
Ərdoğan: Azad olunan ərazilərin bərpasında qısa vaxtda qət edilən məsafə qürurvericidir
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev
0 : 00
0 : 00

“Bura gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşaya, digər tərəfdən isə cənub sərhədləri boyunca Ağbəndə, gələcəkdə də Naxçıvana birləşəcək yolların inşa edilməsini gördük və işləyən qardaşlarımızla bir araya gəldik”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu qədər qısa vaxtda bölgənin bərpasında qət edilən məsafə həm Azərbaycan, həm də bölgəmiz üçün qürur, eyni zamanda ümidvericidir. Azərbaycan bütün dünyaya örnək göstəriləcək bir inkişaf modeli ilə bölgəni inkişaf etdirmək üçün işlərini davam etdirir", - deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi