Emoməli Rəhmon: "Azərbaycanla münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk"
Xarici siyasət
- 05 aprel, 2023
- 11:25
Azərbaycanla münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
"Report" xəbər verir ki, bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı deyib.
"Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram", - Tacikistan lideri bildirib.
Son xəbərlər
13:08
Tramp Venesuela müxalifətinin liderinə dəstək vermədiyinin səbəbini şərh etməyib
Digər ölkələr13:06
Ötən il 106 mühafizə orderi verilib
Sosial müdafiə13:05
Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Maliyyə13:05
Ötən il Azərbaycanda 83 kişi zorakılığa məruz qalıb
Sosial müdafiə13:04
"Sabah" serbiyalı legioneri ilə yolları ayırıb
Futbol13:00
Erməni nazir: Azərbaycandan idxal olunan yanacağa ölkəmizdə tələbat yüksəkdir
Region12:59
Foto
SOCAR "TotalEnergies" ilə "Abşeron" yatağının işlənməsini müzakirə edib
Energetika12:57
Foto
Üzgüçülük üzrə Azərbaycan millisinin üzvlərinə seminar keçirilib
Fərdi12:56