İlham Əliyev Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaları müzakirə edib
- 27 sentyabr, 2022
- 17:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.
Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.