Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım edib
Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım edibTürkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycan vitse-prezidenti Mehriban Əliyeva və digər liderlərin xanımları ilə Bakıda COP29 çərçivəsində görüşlə bağlı paylaşım edib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər liderlərin xanımları ilə Bakıda COP29 çərçivəsində görüşlə bağlı paylaşım edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan "X"də yazıb.
"Daha yaxşı dünya üçün ən böyük təminatımız olan gənclərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində hazırladıqları layihə haqqında təqdimatları dinlədik. Həmçinin sıfır tullantı layihəsi ətrafında aparılan işləri paylaşdım.
Qlobal Sıfır Tullantı hərəkatı bizə dünyamızı bizdən sonrakı nəsillər üçün qorumaq məsuliyyətimizi xatırladan güclü bir dəvətdir. Bu dəvətdə iştirak edən, Qlobal Sıfır Tullantıların Xoşməramlı Bəyannaməsini imzalayan və "ZeroWaste" ailəsinə qoşulan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, gənclərin rəhbərliyi altında təmiz və davamlı gələcəyə doğru birlikdə irəliləyəcəyik", - o bildirib.
Azerbaycan Cumhurbaşkanı’nın eşi, değerli dostum Mehriban Aliyeva’nın ev sahipliğinde lider eşleri ile birlikte Bakü’de “İklim Hareketinin Öncüsü Gençler Programı”nda buluştuk.
Daha yaşanabilir bir dünya için en büyük güvencemiz olan gençlerin, iklim değişikliği ile mücadele… pic.twitter.com/4NVa9HigIY