Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib

Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib Əfqanıstanın XİN başçısı Mərkəzi Asiya vasitəsilə BTQ layihəsinə qoşulmasında maraqlı olduğunu bildirib
Xarici siyasət
26 Sentyabr , 2014 11:37
Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib

Bakı, 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparılıb. Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə Azərbaycanın cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir həmin gün Şimali Kiprin Türk İcmasının lideri Dərviş Əroğlu ilə də görüşüb.

Görüş əsnasında Dərviş Əroğlu mövcud vəziyyət və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 69-cu sessiyası ABŞ-ın Nyu-York şəhərində keçirilir.

Son xəbərlər

Orphus sistemi