Xarici işlər naziri
Kenci Yamada “Şimal-2” elektrik stansiyasının istismara verilməsi münasibətilə təbriklərini səsləndirərək, Azərbaycanın dövlət başçısının bu açılış mərasimində iştirakının tərəflərindən yüksək qiymətləndirildiyini dilə gətirib.
Kenci Yamada strateji əhəmiyyətli məntəqədə yerləşən Azərbaycanın neft sektoru ilə yanaşı, son vaxtlar qeyri-neft sektoruna böyük diqqət göstərməsini ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından mühüm fürsət kimi dəyərləndirib. Nazir müavini ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. Kenci Yamada Yaponiya ilə Azərbaycan arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş” üzrə danışıqların ilk raundunun keçirilməsinə istinad edərək, bu danışıqların davam etdirilməsinin ölkələrarası iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
E.Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin məmnunluq doğurduğunu bildirib və ikitərəfli əlaqələrin daha da güncləndirilməsinin vacibliyini vurğulayıb. E.Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında turizm sektorunda münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə bağlı fikir mübadiləsi aparılıb.