Bakı. 26 may. REPORT.AZ/ Şərq tərəfdaşlığı bərabərhüquqlu olmalıdır. "Report" xəbər verir ki, bunu Şərq Tərəfdaşlığı Riga sammitinin yekunlarını şərh edərkən xarici işlər naziri Elmar Məmmədyarov "Rusiya 24" kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan Aİ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirmək niyyətindədir və bununla bağlı Aİ rəsmilərinə strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim edib.
Nazir Azərbaycanın Aİ-nin 10 ölkəsi ilə ikitərəfli formatda analoji sazişlərin imzaladığını xatırladıb.
"Biz ÜTT-nin üzv olmadığımıza görə, Azərbaycanı assosiativ sazişin imzalanması qane etmir, və buna görə də Azərbaycan azad ticarət zonasından yararlana bilməz", - Məmmədyarov bildirib.