Xarici İşlər naziri
XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu bildiriblər.
Bu xüsusda, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan
Nazirlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunublar. Azərbaycan Respublikası ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi vurğulanıb və bu istiqamətdə səylərin artırılacağına dair razılıq əldə olunub.
Nazir İ.Daçiç Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib və nazir Elmar Məmmədyarovu öz ölkəsinə səfər etməyə dəvət edib.
Görüş əsnasında həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.