Yuxarı

Elmar Məmmədyarov: "Region dövlətlərinin suverenliyi və ərazi bütövlüyü mütləq qorunmalıdır"

XİN rəhbəri: Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının zirvə görüşü gələn il ölkəmizdə keçiriləcək

XİN rəhbəri: "Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının zirvə görüşü gələn il ökəmizdə keçiriləcək"

Bakı. 10 dekabr. REPORT.AZ/ "Azərbaycan Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) və Trans-Adriatik Qaz Kəməri (TAP) layihələri üçün Türkiyəyə 20 milyard dollar investisiya yatırmağı öhdəlik kimi öz üzərinə götürüb. Bununla da Azərbaycanın Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biri olacağını güman edirəm". "Report"un məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Gürcüstan həll olunmamış münaqişələrlə üzləşib: "Region dövlətlərinin suverenliyi və ərazi bütövlüyü BMT-nin qətnamələri və Helsinki yekun aktında öz əksini tapdığı üçün mütləq qorunmalıdır. BMT XXI əsrdə bu məsələyə xüsusilə diqqət yetirməlidir. Çünki bu təşkilatın hansısa bir dövlətin hərbi gücdən istifadə edərək başqa bir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirməyi barədə fikirləşməsi də lazımdır".

E.Məmmədyarov üç ölkənin dövlət başçılarının sammitinin bu ilin mayında Tbilisidə keçirildiyini xatırladaraq, növbəti sammitin gələn il Azərbaycanda keçiriləcəyini də deyib: "Hər üç ölkənin Müdafiə və İqtisadiyyat nazirlikləri arasında birgə müzakirələr aparılıb. Eyni zamanda hər üç ölkə bundan əvvəl qəbul edilən 2013-2015 fəaliyyət planı çərçivəsində müxtəlif sahələrdə də əməkdaşlıq edəcək".

Nazir vurğulayıb ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi hər üç ölkədə də 5 min nəfər işlə təmin olunub: "Azərbaycanda və Gürcüstanda onsuz da mövcud dəmir yolu xətti var idi. Ancaq 100 kilometrdən artıq yolun yenidən qurulması lazım idi. Qatarların bu dəmir yolundan istifadə edərək Bakı-Tbilisi arasında gediş-gəlişi yaxşı bir addımdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi