Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib

    Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb

    Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Səyar Rəhman Əl-Mavdahı qəbul edib.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, qarşılıqlı səfərlərin və iki ölkənin biznes dairələri arasında təmasların artırılmasının vacibliyi vurğulanıb.

    Səyar Rəhman Əl-Mavdah ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

    Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

    E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi