Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Marka Tsalkanı qəbul edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Görüşdə səfir Marka Tsalka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Səfir Marka Tsalka diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov səfir Marka Tsalkaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.