Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri
XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər.
Eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən iqtisadi, energetika, nəqliyyat, ticarət, kommunikasiya, kənd təsərrüfatı və digər sahələri üzrə geniş fikir mübadiləsi aparıblar.
E.Məmmədyarov bölgədə mövcud olan geosiyasi və təhlükəsizlik vəziyyəti barədə qarşı tərəfə məlumat verərək, bu xüsusda həlli uzadılmış münaqişələrin bölgənin təhlükəsizliyinə əsas hədə olduğunu vurğulayıb və Polşanın Azərbaycanın suverenlik, müstəqillik və ərazi bütövlüyünə verdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib.
Polşalı nazir müavini ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə münasibətdə birmənalı mövqe tutduğunu və bu yanaşmanın bütün hallara münasibətdə eynilə tətbiq edilməsinin tərəfdarı olduğunu deyib.
Tərəflər iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynadığını bildiriblər.
Görüşdə Azərbaycanla Polşa arasında mövcud olan dialoq tempinin gələcəkdə də qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.