Elmar Məmmədyarov: "Lapşin ilə bağlı vəziyyətin həddindən artıq siyasiləşdirilməsi təəccüb və hiddət doğurur"

Elmar Məmmədyarov: "Lapşin ilə bağlı vəziyyətin həddindən artıq siyasiləşdirilməsi təəccüb və hiddət doğurur" "Onun bloger olması ətraflndakı spekulyasiyalar Lapşinin qanun qarşısında toxunulmaz olması demək deyil"
Xarici siyasət
9 Fevral , 2017 16:18
Elmar Məmmədyarov: Lapşin ilə bağlı vəziyyətin həddindən artıq siyasiləşdirilməsi təəccüb və hiddət doğurur

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyində bloger Aleksandr Lapşin ilə bağlı vəziyyətin siyasiləşdirilməsi hiddətə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Bu məsələnin həddindən artıq siyasiləşdirilməsi təəccüb və hiddət doğurur. Onu hər yerdə bloger adlandırırlar. Mühəndis olsaydı, görəsən onunla maraqlanardılar?! O qanunu pozub və hüquqi əsas olduğuna görə onun barəsində cinayət işi açılıb. Buna uyğun olaraq da İnterpola sorğu yerləşdirilib və bu sorğunun əsasında Belarus tərəfi MDB çərçivəsində Kişinyov Konvensiyaya uyğun olaraq onu saxlayıb. Hər şey qanun çərçivəsində həyata keçirilib. Onun bloger olması ətraflndakı spekulyasiyalar Lapşinin qanun qarşısında toxunulmaz olması demək deyil" - Azərbaycan XİN başçısı vurğulayıb.

"Lapşinin gələcək taleyi istintaqdan başa çatmasından asılı olacaq. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Yekun qərarı məhkəmə verəcək" - E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi