Elmar Məmmədyarov İsrail səfiri ilə görüşüb
Xarici siyasət
- 29 iyul, 2015
- 12:17
Bakı. 29 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Səfir Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Son xəbərlər
03:11
Britaniya Baş naziri İrlandiyanın birləşməsi ilə bağlı referendumun müzakirəsindən imtina edib
Digər ölkələr02:34
İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini və döyüşçüsünü zərərsizləşdirib
Digər ölkələr02:06
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
Digər ölkələr01:48
Foto
Şimali Makedoniya-Serbiya qaz interkonnetorunun tikintisi üzrə müqavilə imzalanıb
Digər ölkələr01:13
Türkiyədə 41 qanunsuz miqrant saxlanılıb
Region00:56
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
Region00:20
Foto
Gürcüstanın Bağdati bələdiyyəsində güclü yağış bir sıra fəsadlar yaradıb
Region00:06
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
Energetika23:51