Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması mexanizmi və planı yaradılmalıdır

Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması mexanizmi və planı yaradılmalıdır Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin son açıqlamasını şərh edib
Xarici siyasət
27 Sentyabr , 2015 10:08
Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması mexanizmi və planı yaradılmalıdır

Bakı. 27 sentyabr. REPORT.AZ/ İnsidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını şərh edərkən AZƏRTAC-a bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir. Qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur.

Son xəbərlər

Orphus sistemi