Elmar Məmmədyarov Nyu Yorkda İrlandiyanın Avropa məsələləri üzrə naziri ilə görüşüb

Elmar Məmmədyarov Nyu Yorkda İrlandiyanın Avropa məsələləri üzrə naziri ilə görüşüb Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.
Xarici siyasət
26 Sentyabr , 2019 00:10
Elmar Məmmədyarov Nyu Yorkda İrlandiyanın Avropa məsələləri üzrə naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə ediblər və əməkdaşlığın inkişafı üçün mövcud olan potensialı vurğulayıblar.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıblar, xüsusən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Son xəbərlər

Orphus sistemi