Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib
Xarici siyasət
- 25 noyabr, 2019
- 14:20
Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunan səfiri Zakari Qrosu qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Zakari Qros diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov səfir Zakari Qrosa diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Son xəbərlər
21:35
ABŞ İranın "kölgə donanması"na qarşı yeni sanksiyalar elan edib
Digər ölkələr21:24
Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib
Region20:55
KİV: Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb
Digər ölkələr20:50
Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
Futbol20:46
Rubio Kolumbiyanın XİN başçısı ilə Tramp və Petro arasında keçiriləcək görüşü müzakirə edib
Digər ölkələr20:43
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub
Komanda20:34
Merts: Almaniya Trampın Sülh Şurasını dəstəkləməyə hazırdır, lakin indiki formada yox
Digər ölkələr20:29
Niderlandın vəliəhd şahzadəsi Katarina-Amaliya hərbi təlim keçib
Digər ölkələr20:18