Xarici İşlər naziri
XİN-dən “Report”a verilən məlumata görə, görüşün əvvəlində Fələstin naziri Azərbaycanı QH-də sədrliyə başlaması, dövlət müstəqilliyinin 28 illiyi və G-77 qrupuna qoşulması münasibətilə təbrik edib.
Söhbət əsnasında məhz
Həmsöhbətlər çoxtərəfli formatlarda əlaqələndirilmiş birgə səylər göstərilməsinin vacibliyini bildirərək, bunun beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verə biləcəyi barədə ümumi qənaətə gəliblər.
Fələstin XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə bu ali dəyərlərin təbliğ ediləcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib. Bu xüsusda, hazırkı Zirvə Görüşünün əlamətdar olduğunu və müasir dünyada olduqca vacib olan coxtərəfli əməkdaşlığın təşviq edilməsi üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Nazir Elmar Məmmədyarov QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.