Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Bu il Rusiya ilə ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil ediləcək"

    Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Rusiyaya səfəri planlaşdırılır© Report.az

    Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Rusiyaya səfəri planlaşdırılır.

    “Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşdə bildirib.

    Onun sözlərinə görə, Azərbaycan və Rusiya bu il ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil etmək niyyətindədir: "Düşünürük ki, Rusiyanın Baş naziri Dmitri Medvedev səviyyəsində Bakıya səfər baş tutacaq."

    "Həmçinin Prezident İlham Əliyevin Moskvaya səfəri gözlənilir", - nazir vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi