Bakı. 15 dekabr.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (GUAM) Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilməlidir: “Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Misal üçün, biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-a üzvü olan dörd dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu, real siyasətdir”.