Türkdilli dövlətlərin Bakı iclasının gündəliyi müzakirə olundu - FOTO

Türkdilli dövlətlərin Bakı iclasının gündəliyi müzakirə olundu - FOTO Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Xarici siyasət
5 Fevral , 2020 21:48
Türkdilli dövlətlərin Bakı iclasının gündəliyi müzakirə olundu - FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, görüşdə cari ilin 6 fevral tarixində Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi