Elmar Məmmədyarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb

Elmar Məmmədyarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb
Xarici siyasət
187
18 Dekabr , 2018 18:08
Elmar Məmmədyarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüş zamanı E.Məmmədyarov iştirakçılara təşəkkürünü bildirib və belə görüşün ənənəvi hala çevrildiyini vurğulayıb.

Görüş zamanı XİN başçısı Azərbaycanın xarici siyasətinin 2018-ci il üçün əsas prioritetlərinə dair icmalı təqdim edib.