Elmar Məmmədyarov: "Azərbaycan xarici işlər nazirlərinin Hamburq görüşündə iştirak etməyə hazırdır"

Elmar Məmmədyarov: "Azərbaycan xarici işlər nazirlərinin Hamburq görüşündə iştirak etməyə hazırdır" Almaniyada Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyi gözlənilir
Xarici siyasət
29 Noyabr , 2016 14:26
Elmar Məmmədyarov: Azərbaycan xarici işlər nazirlərinin Hamburq görüşündə iştirak etməyə hazırdır

Bakı. 29 noyabr. REPORT.AZ/ "Almaniyanın Hamburq şəhərində Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin 3 XİN başçısı formatındakı görüşdə iştirak etməyə hazırıq".

"Report" xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Hamburqdakı iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşün keçirilib-keçirilməyəcəyinə dair sualı cavablandıran Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Qeyd edək ki, ATƏT XİNŞ-in 23-cü iclası bu il dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi