Elmar Məmmədyarov: "Azərbaycan və Gürcüstan beynəlxalq gündəm məsələlərində ortaq mövqe tutur"

Elmar Məmmədyarov: "Azərbaycan və Gürcüstan beynəlxalq gündəm məsələlərində ortaq mövqe tutur" "Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi məsələsində düzgün istiqamətdə hərəkət edirik"
Xarici siyasət
29 Avqust , 2016 14:41
Elmar Məmmədyarov: Azərbaycan və Gürcüstan beynəlxalq gündəm məsələlərində ortaq mövqe tutur

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Gürcüstan XİN başçısı Mixeil Canelidze ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi məsələsində düzgün istiqamətdə hərəkət edirik", - deyə E.Məmmədyarov vurğulayıb.

Bundan başqa, Azərbaycan XİN başçısı Azərbaycan və Gürcüstanın beynəlxalq gündəm məsələlərində ortaq mövqe tutduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov, həmçinin Bakı və Tbilisinin Cənub qaz dəhlizi layihəsini, eləcə də bir sıra digər layihələri uğurla həyata keçirdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi