Elmar Məmmədyarov Avropa Şurasının baş katibini Azərbaycana səfərə dəvət edib

Elmar Məmmədyarov Avropa Şurasının baş katibini Azərbaycana səfərə dəvət edib Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşdü.
Xarici siyasət
26 Sentyabr , 2019 01:45
Elmar Məmmədyarov Avropa Şurasının baş katibini Azərbaycana səfərə dəvət edib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşdü.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, E. Məmmədyarov Mariya P.Buriçi Avropa Şurasının (AŞ) baş katibi seçilməsi münasibətilə təbrik edib və hazırkı vəzifəsində Azərbaycana səfər etməyə dəvət edib.

Görüşdə Azərbaycanın Avropa Şurası və onun institutları ilə əməkdaşlıq məsələləri dair fikir mübadiləsi aparılıb və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinə razılıq ifadə edilib.

E.Məmmədyarov AŞ baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri arasında Nyu Yorkda keçirilmiş son görüş barədə məlumat verib. Bu xüsusda, münaqişənin tezliklə sülh yolu ilə həlli, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyi vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi