Yuxarı

Elman Abdullayev etimadnaməsini Keniya prezidentinə təqdim edib

Prezident Uhuru Kenyatta Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Keniya prezidenti Uhuru Kenyattaya təqdim edib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, Keniya prezidenti ilə keçirilən görüşdə E.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdıraraq, Afrika qitəsinin aparıcı dövlətlərindən biri olan Keniya ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və bu münasibətlərin yeni müstəviyə qaldırılması üçün ardıcıl səylərin göstəriləcəyini bildirib.

Prezident Uhuru Kenyatta Prezident İlham Əliyevə salam və ehtiramının çatdırılmasını xahiş edərək, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi