Yuxarı

Elman Abdullayev Efiopiyanın sənaye naziri ilə görüşüb

Nazir Azərbaycan şirkətlərini Efiopiya iqitsadiyyatına investisiya qoymağa dəvət edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev bu ölkənin sənaye naziri Əhməd Abtev ilə görüşüb.

Səfirlikdən "Report"a verilən Görüş zamanı səfir Elman Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın iqtisadi uğurları və ölkəmizin regionun aparıcı sənaye mərkəzinə çevrildiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb. Azərbaycanın sürətli inkişafı nəticəsində iqtisadiyyatımızın bütün sahələrində böyük nailliyyətlərin əldə edildiyini vurğulayan səfir Elman Abdullayev ölkəmizin regionun əsas investoru olduğunu bildirib.

Nazir Əhməd Abtev Azərbaycanın sənaye sahəsində uğurlarını yüksək qiymətləndirərək, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı və hazır olduğunu qeyd edib. Nazir Azərbaycan şirkətlərini Efiopiya iqitsadiyyatına investisiya qoymağa dəvət edib və Azərbaycan şirkətlərinin Efiopiyada fəaliyyəti üçün münbit şəraitin yaradılacağını vurğulayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğu və qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi