​Elman Abdullayev Afrika İttifaqının sosial məsələlər üzrə komissarı ilə görüşüb

​Elman Abdullayev Afrika İttifaqının sosial məsələlər üzrə komissarı ilə görüşüb Görüşdə sosial, idman və gender bərabərliyi məsələləri müzakirə olunub
Xarici siyasət
23 May , 2015 18:44
​Elman Abdullayev Afrika İttifaqının sosial məsələlər üzrə komissarı ilə görüşüb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın Afrika İttifaqındakı (Aİ) daimi nümayəndəsi Elman Abdullayev Aİ-nin sosial məsələlər üzrə komissarı Dr Mustafa Siddiki Kaloko ilə görüşüb.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Aİ arasında sosial, idman və gender bərabərliyi sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Aİ Komissarı Kaloko bu sahələrin Afrika üçün olduqca vacib olduğunu qeyd edib və ölkəmizin bu sahələrdəki uğurlarını nəzərə alaraq, tərəflər arasında təcrübə mübadiləsinin aparılması vacibliyini vurğulayıb.

Azərbaycanla Aİ arasında əməkdaşlıq perspektivlərinə gəldikdə səfərlər mübadiləsinin həyata keçirilməsi və hüquq-müqavilə bazasının genişləndirilməsi zəruriliyi qeyd edilib. Aİ komissarına qarşıdan gələn “Bakı-2015” Avropa Oyunları barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi