​Əli Həsənov: “İslam sivilizyasının yer kürəsinə gətirdiyi mədəniyyət başqa ad altında təqdim edilir”

​Əli Həsənov: “İslam sivilizyasının yer kürəsinə gətirdiyi mədəniyyət başqa ad altında təqdim edilir” "İslam ölkələrində yaşayan xalqlar qaniçən kimi qələmə verilir"
Xarici siyasət
11 Dekabr , 2014 11:36
​Əli Həsənov: “İslam sivilizyasının yer kürəsinə gətirdiyi mədəniyyət başqa ad altında təqdim edilir”

Bakı. 11 dekabr. REPORT.AZ/ “Türkiyə-Azərbaycan münasibətlərinin təməli möhkəm qoyulub. Burada ulu öndərlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün əməyi böyükdür. Hər iki millətin taleyi ilə bağlı çiyinlərimizə bərabər yüklər qoyulub. Əlbəttə, dövlətlərimiz bir yerdədirsə, diaspor təşkilatlarımız bir yerdə fəaliyyət göstərirlərsə, məsləhətləşmələr aparırlarsa, prezidentlər – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bütün çıxışlarında iki ölkənin maraqlarından çıxış edirlərsə, nədən mediada bu cür işlər görülməsin”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr ənənəvi mediadan internet mediaya keçid” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanla Türkiyə əlaqələri inkişaf edib: “Azərbaycan müstəqil olduqdan sonra ən böyük kapitalını Türkiyəyə yönəldib. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyar dollara yaxın vəsait qoyub”.

Ə.Həsənov qeyd edib ki, hər iki ölkənin mediası strategiyaya uyğun olaraq, birgə fəaliyyət göstərməlidirlər: “Ənənəvi media öz yerini modern mediaya verir. Bu da bəşəriyyətin inkişafına görədir. Həm Azərbaycan, həm də Türkiyə mövcud strukturlarını buna uyğunlaşdırırlar. Burada iki xalqın maraqları təmin edilməlidir. Jurnalistlər hakimiyyətlərin siyasətlərini xalqa çatdırırlar”.

PA şöbə müdirinin sözlərinə görə, hazırda Azərbaycan mediası xeyli inkişaf edib: “Azərbaycanda 1993-cü ildən media ilə bağlı atılan addımlar medianın inkişafına dəstək verib. Azərbaycan mediasının səsi təkcə post-sovet məkanından deyil, bütün dünyadan gəlir. Təəssüflər olsun ki, bəzi islam ölkəri haqda informasiyanı transmilli mediadan alırıq. Burada hadisələrin cizgiləri belə əksini tapmır. Çünki həmin ölkədə baş verənlərlə bağlı informasiyalar təhrif olunur. Hadisənin təfərrüatı kənara qalsın, cizgləri belə görünmür. Suriyada, Liviyada başqa ölkələrdə baş verənlər həmin medianın təqdim etdiyi kimidirmi? Orada xalqlar haqqında yanlış fikirlər yürüdülür, onları dağıdıcı kimi tanıyırlar. İslam sivilizyasının yer kürəsinə gətirdiyi mədəniyyət başqa ad altında təqdim edilir, islam ölkələrində yaşayan xalqlar qaniçən kimi qələmə verilir. Düşünürəm, burada jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.

Son xəbərlər

Orphus sistemi