Yuxarı

​Əli Həsənov: "Dünyaya demokratiya dərsi keçənlər dünyanı sanksiyalarla idarə edirlər"

Onların demokratiyası, insan hüquqlarının müdafiəsi bundan ibarətdirmi?

Bakı. 11 yanvar. REPORT.AZ/ "Dünyada baş verən haqsızlıq və ədalətsizliklər yüz minlərlə insanın həyatını itirməsinə, il ərzində miqrantların sayının 10 milyondan çox artmasına səbəb olub. Dünyaya demokratiya, insan hüquqları dərsi keçənlərin özləri bu gün dünyanı sanksiyalarla idarə edirlər. Onların demokratiyası, insan hüquqlarının müdafiəsi bundan ibarətdirmi?

"Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Həsənov yanvarın 10-da Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Onun sözlərinə görə, 550 milyon əhalisi olan Avropa bu gün bir neçə yüz min miqrantın əlində əsir-yesir, çaş-baş qalıb, vəziyyəti idarə edə bilmirlər.

"Bəs, kiçik əraziyə və azsaylı əhaliyə malik Azərbaycan dövləti və onun Prezidenti bir milyon iki yüz min qaçqın, məcburi köçkün problemini necə idarə edir?", - deyə Ə.Həsənov sual edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi