Əli Əsədov Soçidə kubalı həmkarı ilə görüşüb
Xarici siyasət
- 08 iyun, 2023
- 17:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb.
Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb.
Azərbaycanın və Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub.
Hökumət başçıları iki ölkə arasında iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Son xəbərlər
16:36
Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinə yönəlmiş yeni platforma istifadəyə verilib
İKT
16:35
"Araz-Naxçıvan"ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
Futbol
16:28
Fon der Lyayen: Aİ Ukrayna üzrə danışıqların növbəti raunduna güclü heyət göndərməyi planlaşdırır
Digər ölkələr
16:28
Azərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes
16:26
Masato Kanda: "Ölkələr təchizat mənbələrini şaxələndirməlidir"
Biznes
16:24
Foto
Azərbaycan və Tacikistan arasında hərbi əməkdaşlıq müzakirə edilib
Hərbi
16:22
Bu ilin 9 ayında 493 mühafizə orderi verilib
Sosial müdafiə
16:21
Mixail Frişman CEV Çempionlar Liqasının oyununa supervayzer təyin edilib
Komanda
16:20
Kamran Ağayev: 2026-cı ilin 10 ayında məişət zorakılığı zəminində 23 qadın həyatını itirib
Sosial müdafiə