Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi

Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyasının dövlət bayramı münasibəti ilə bu ölkənin hökumət başçısı Mixail Mişustinə təbrik məktubu göndərib.
Xarici siyasət
13 İyun , 2021 11:42
Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi
Əli Əsədov və Mixail Mişustin

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyasının hökumət başçısı Mixail Mişustinə dövlət bayramı münasibəti ilə təbrik məktubu göndərib.

“Report” xəbər verir ki, məktubda Azərbaycanla Rusiya arasında strateji partnyorluq və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq qeyd edilir.

Məktubda həmçinin ikitərəfli münasibətlərin gündəliyində duran vəzifələrin hamısının uğurla həyata keçirilməsi üçün hökumət xətti ilə yaxın və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.

Son xəbərlər

Orphus sistemi