Əli Əsədov Qırğızıstanın yeni Baş nazirini təbrik edib

Əli Əsədov Qırğızıstanın yeni Baş nazirini təbrik edib Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Adılbek Kasımaliyevə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
19 Dekabr , 2024 12:51
Əli Əsədov Qırğızıstanın yeni Baş nazirini təbrik edib
Əli Əsədov

Azərbaycanın Baş naziri Əli Əsədov Adılbek Kasımaliyevə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə "Report" Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycanla Qırğızıstan arasında ümumi tarixi köklər və mənəvi dəyərlər üzərində qurulmuş ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.

Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının artan xətt üzrə səmərəli şəkildə inkişaf edəcəyinə, yeni məzmun və birgə layihələrlə zənginləşəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda iki ölkənin qardaş xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdirilməsi üçün fəal işbirliyinə hazırlıq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi