Əli Əsədov: "Türkiyə ilə qarşıya qoyulan məsələlərin əksər hissəsini həll etmişik"

Xarici siyasət
  • 05 noyabr, 2022
  • 12:14
Əli Əsədov: Türkiyə ilə qarşıya qoyulan məsələlərin əksər hissəsini həll etmişik

"Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyada qarşımızda qoyulan məsələlərin əksər hissəsini həll etmişik".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda həlini gözləyən digər məsələlər də yoluna qoyulacaq.

Ə.Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Fuat Oktayı qəbul edib: “Bu görüş zamanı Azərbaycan-Türkiyə strateji iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verilib. Həmin tapşırıqlar Azərbaycan hökuməti qarşısında da qoyulub".