Əli Əsədov Dmitri Medvedevlə görüşüb

Əli Əsədov Dmitri Medvedevlə görüşüb Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib.
Xarici siyasət
327
25 Oktyabr , 2019 14:16
Əli Əsədov Dmitri Medvedevlə görüşüb

Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib.

"Report"un Rusiya bürosu xəbər verir ki, görüş MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində baş tutub. 

Görüşdə D.Medvedev əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib: "Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər". 

D.Medvedev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb.

Azərbaycanın Baş naziri Ə.Əsədov isə təbrikə görə təşəkkür edib. 

Son xəbərlər

Orphus sistemi