Əli Əsədov: "Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə çatıb"

Əli Əsədov: "Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə çatıb" "Əməkdaşlığımız çox gözəl nəticələr verəcək"
Xarici siyasət
19 Fevral , 2021 18:31
Əli Əsədov: Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə çatıb
Əli Əsədov

“Prezident İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə çatıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

“Hər iki dövlət başçısı arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri inam və etimad Azərbaycan və Türkiyə münasibətlərinə müsbət təsir göstərən ən vacib amildir. Əməkdaşlığımız bütün sahələri əhatə edir və əməkdaşlığımız çox gözəl nəticələr verəcək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi