Əli Əhmədov: "Türkiyə Azərbaycanın bütün problemlərinin çözülməsinə həssaslıqla yanaşır"

Əli Əhmədov: "Türkiyə Azərbaycanın bütün problemlərinin çözülməsinə həssaslıqla yanaşır" "Qarabağ münaqişənin həllində iştirak edən dövlətlər prosesdə Türkiyənin rolunu etiraf etməyə məcbur olublar"
Xarici siyasət
27 Oktyabr , 2016 21:03
Əli Əhmədov: Türkiyə Azərbaycanın bütün problemlərinin çözülməsinə həssaslıqla yanaşır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Türkiyə Azərbaycanın bütün problemlərinin çözülməsinə həssaslıqla yanaşır. Dağlıq Qarabağ münaqişənin yaranandan bu günə kimi Türkiyə bu münaqişənin nizamlanması yolunda imkanları daxilində iştirak etməyə çalışır.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Türkiyənin mövcudluğu və əzəməti Azərbaycanın bu haqq işində rol oynayır. Nazir müavini bildirib ki, son zamanlar bu məsələdə fəallıq nəzərə çarpır və münaqişənin nizamlanması üçün cəlb olunmuş dövlətlər prosesdə Türkiyənin rolunu etiraf etməyə məcbur olublar: “Hesab edirəm ki, bu, münaqişənin nizamlanması işində Türkiyənin yeni mərhələyə qalxmasından xəbər verir. Hər halda Türkiyənin münaqişənin ədalətli şəkildə, Azərbaycanın pozulmuş hüquqlarının bərpa olunması formasında həll edilməsinə hamıdan çox çalışan bir dövlətdir”. 

Son xəbərlər

Orphus sistemi