Elçin Əmirbəyov: Cənubi Qafqazda sülh üçün tarixi şans var

Elçin Əmirbəyov: Cənubi Qafqazda sülh üçün tarixi şans var Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri zamanı iki ölkə arasında qarşılıqlı münasibətlərin vəziyyəti və inkişaf perspektivləri, Bakı ilə İrəvan arasında sülh prosesi və qarşıdan
Xarici siyasət
17 Oktyabr , 2024 13:15
Elçin Əmirbəyov: Cənubi Qafqazda sülh üçün tarixi şans var

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri zamanı iki ölkə arasında qarşılıqlı münasibətlərin vəziyyəti və inkişaf perspektivləri, Bakı ilə İrəvan arasında sülh prosesi və qarşıdan gələn COP29 konfransı müzakirə edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə “X” sosial şəbəkəsində yazıb.

Azərbaycan Prezidentinin nümayəndəsi Yaponiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən milli təhlükəsizlik müşaviri Takeo Akiba, dövlət katibi, xarici işlər nazirinin baş müavini Kiyoto Tsuci və parlamentin Müşavirlər Palatasının Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri Kimi Onoda ilə görüşlər keçirib.

Bundan əlavə, E.Əmirbəyov Yaponiya Beynəlxalq Münasibətlər Forumunda (JFIR) “Cənubi Qafqazda sülh üçün tarixi şans: çağırışlar və imkanlar” mövzusunda məruzə ilə çıxış edib.

O, regionda sabitliyin və rifahın təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanın vacibliyini vurğulayıb.

Azərbaycan Prezidentinin nümayəndəsinin Yaponiyaya səfəri iki ölkənin tərəfdaşlıq əlaqələrini gücləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək istəyini nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı aktual məsələlərin müzakirəsi regionda nizamlanmanın təşviqində və uzunmüddətli sülhün bərqərar olmasında beynəlxalq ictimaiyyətin rolunu vurğulayır.
Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və o vaxtdan bəri ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, energetika və mədəniyyət sahələrində əməkdaşlıq fəal şəkildə inkişaf edir.

Son xəbərlər

Orphus sistemi