Elbası: "Azərbaycan bu gün regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən nəqliyyat-logistika habıdır"

Elbası: "Azərbaycan bu gün regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən nəqliyyat-logistika habıdır" "Dövlətlər bir qayda olaraq, xalqın iradəsi ilə uğurlu olur və rifah qazanır. Ələlxüsus, əgər ona çətin dövrlərdə perspektivi görən, gələcəyə irəliləmək üçün düzgün çıxış yolları tapa bilən enerjili, müdrik liderlər rəhbərlik edirsə. Müstəqilliyin ilk ill
Xarici siyasət
24 Dekabr , 2021 13:00
Elbası: Azərbaycan bu gün regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən nəqliyyat-logistika habıdır
Nursultan Nazarbayev

"Azərbaycan bu gün regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən əsas enerji, nəqliyyat-logistika habıdır".

"Report"un məlumatına görə, bunu Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

"Dövlətlər bir qayda olaraq, xalqın iradəsi ilə uğurlu olur və rifah qazanır. Ələlxüsus, əgər ona çətin dövrlərdə perspektivi görən, gələcəyə irəliləmək üçün düzgün çıxış yolları tapa bilən enerjili, müdrik liderlər rəhbərlik edirsə", - o vurğulayıb.

Elbası qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycana dövrünün unikal dövlət xadimlərindən biri olan Heydər Əliyev rəhbərlik edirdi: "Müstəqillik illərində Qazaxıstan və Azərbaycanın qardaş xalqları arasında ortaq tarixi-mədəni köklərimizə əsaslanan isti, mehriban qonşuluq münasibətləri qurulub".

O bildirib ki, Azərbaycan kimi Qazaxıstan da nəqliyyat habı olaraq məsuliyyət daşıyır: "Bu da ölkələrimizi birbaşa bağlayır. Sakit okeandan başlayaraq Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, sonra isə Avropaya həm enerji, həm də vacib nəqliyyat arteriyaları uzanır. Biz bu əməkdaşlığı davam etdirməliyik".

Son xəbərlər

Orphus sistemi