Parlamentarilər Liqasının prezidenti: Şadıq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib

Parlamentarilər Liqasının prezidenti: Şadıq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib Biz çox şadıq ki, Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edib.
Xarici siyasət
22 Fevral , 2024 15:40
Parlamentarilər Liqasının prezidenti: Şadıq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib

Biz şadıq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qüds üzrə Parlamentarilər Liqasının prezidenti Həmid Abdulla Hüseyn Əl-Əhmar deyib.

O, Azərbaycanın Fələstini mövcud problemində dəstəklədiyini və dəstəkləməkdə də davam etdiyini qeyd edib. Rəsmi Bakının Asiya Parlament Assambleyasına (APA) sədrliyi çərçivəsində Fələstin probleminin iki dövlət prinsipi çərçivəsində həlli istiqamətində addımlar atacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının iclası Türkiyənin Antalya şəhərində keçirilib. Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.

Son xəbərlər

Orphus sistemi