Ekspert: “Qlobal Bakı Forumu aktual məsələlərin həlli üçün mühüm platformadır”

Ekspert: “Qlobal Bakı Forumu aktual məsələlərin həlli üçün mühüm platformadır” “Forum zamanı COVID-19-dan sonrakı dövrdə dünyanın necə inkişaf edəcəyi ilə bağlı çox mühüm məsələlər qaldırılır"
Xarici siyasət
6 Noyabr , 2021 13:31
Ekspert: “Qlobal Bakı Forumu aktual məsələlərin həlli üçün mühüm platformadır”

“Qlobal Bakı Forumu yüksək səviyyəli qonaqların iştirak etdiyi, ən aktual məsələlərə toxunulan mühüm platformadır”.

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel deyib.

“Forum zamanı COVID-19-dan sonrakı dövrdə dünyanın necə inkişaf edəcəyi ilə bağlı çox mühüm məsələlər qaldırılır. Biz hamımız başa düşürük ki, qlobal vaksinasiya ümumi immunitetin inkişafına gətirib çıxarır, peyvənd olunmuş insanların xəstələnmə ehtimalının daha az olduğunu görürük. Həqiqətən də koronavirus tezliklə hər bir pandemiya kimi keçmişdə qalacaq. Amma normal həyata qayıtma prosesi uzun çəkəcək. Dövlətlər, xalqlar, korporasiyalar arasında körpülər yaratmaq lazımdır. Forumun əhəmiyyəti də bundadır, bu məsələlər müzakirəyə çıxarılır, fikir mübadiləsi aparılır”, - Mixail Finkel bildirib.

Onun sözlərinə görə, forumda qaldırılmalı olan ən mühüm mövzulardan biri Azərbaycanda biznes, investisiya mühitinin yaxşılaşdırılması, müştərək müəssisələrin və layihələrin axtarışı, yeni istehsal xətlərinin qurulması mövzusudur: “Bu, Azərbaycanla işləmək istəyənlərin hamısı üçün ən rahat mühit yaradan Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin uzaqgörənliyindən xəbər verir”.

“Forum daha çox tərəfdaşlar və yeni iş adamları cəlb edəcək”, - ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi