“Koronavirus pandemiyası həm fərdi, həm də ictimai həyatın bir çox sahələrini çətinləşdirdi. Bu, istər Avropa İttifaqı (Aİ) ölkələrinə, istər Azərbaycan, Gürcüstan və Ermənistana, istərsə də Rusiya və Türkiyəyə aiddir”.
Bunu “Report”a tanınmış almaniyalı islamşünas, Yaxın Şərq üzrə ekspert Udo Ştaynbax (Udo Steinbach) Avropa İttifaqı ölkələri və Azərbaycanın koronavirisla bağlı apardığı siyasəti şərh edərkən bildirib.
“Bu baxımdan Aİ xaos astanasındadır. Çünki Aİ üzv ölkələrinin hər biri yalnız öz vətəndaşlarının qeydinə qalır. Mövcud böhranlı vəziyyət nə qədər çox çəksə, bundan sonrakı dünyanın keçmişdə gördüyümüzdən fərqli olacağı ehtimalı bir o qədər çoxdur. Cənubi Qafqazdakı vəziyyətə, Aİ ilə Azərbaycan arasındakı münasibətlərə gəlincə, hər iki tərəfə və aralarındakı münasibətlərə bu hadisələrin nə kimi təsir göstərəcəyini indi söyləmək çətindir”, – ekspert deyib.