Ekspert: “Milonovun bəyanatı Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir”

Ekspert: “Milonovun bəyanatı Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir” “Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun bəyanatı Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd olsa da, bu əlaqələrə zərbə vurmaq iqtidarında deyil”.
Xarici siyasət
19 Sentyabr , 2022 11:33
Ekspert: “Milonovun bəyanatı Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir”
Yevgeni Mixaylov

“Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun bəyanatı Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd olsa da, bu əlaqələrə zərbə vurmaq iqtidarında deyil”.

Bunu "Report"a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Rusiyalı deputatlar arasında elələri var ki, daim qeyri-adi bəyanatlarla çıxış edirlər. Milonov da hər zaman açıq ermənipərəst mövqeyi ilə fərqlənib. Amma onun fikirlərini çox az adam oxuyur. O, daha çox Azərbaycana qarşı çıxışları ilə tanınır”, - politoloq bildirib.

O, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri öncəsi Milonovun belə kəskin bəyanat səsləndirmək qərarına gəldiyini vurğulayıb: “Milonovun bəyanatı Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Əlbəttə ki, bundan müəyyən nəticələr çıxarılacaq, amma Milonov Azərbaycan və Rusiya arasında əlaqələrə zərbə vurmaq iqtidarında deyil. Rusiya və Azərbaycan həm tərəfdaş, həm də müttəfiqlərdir”.

Onun fikrincə, Rusiyadakı erməni lobbisi Rusiya və Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətindən razı deyil, Ermənistanın hazırkı rəhbərliyi isə Rusiyaya xəyanət siyasəti yürüdür.

Paşinyanın ətrafındakıların amerikameylli olduğunu vurğulayan ekspert ABŞ Konqresinin Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin səfəri öncəsi Ermənistanda Rusiya bayraqlarının ABŞ bayraqları ilə əvəz olunmasını izləməyin maraqlı olduğunu deyib.

Politoloqun müşahidələrinə görə, hazırda Rusiyanın iri mətbuat orqanları “Ermənistan Rusiyadan üz çevirir? sualı üzərində baş sındırır.

“Rusiya Pelosinin səfəri ilə əlaqədar müəyyən nəticələr çıxaracaq, Rusiya, Azərbaycan və Türkiyə isə bir-birinə daha da yaxınlaşacaq”, - ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi