Ekspert: “Fransanın İrəvanı dəstəkləmək cəhdləri tamamilə ikiüzlülükdür”

Ekspert: “Fransanın İrəvanı dəstəkləmək cəhdləri tamamilə ikiüzlülükdür” “Fransanın İrəvanı dəstəkləmək cəhdləri tamamilə ikiüzlülükdür”.
Xarici siyasət
13 Oktyabr , 2022 15:48
Ekspert: “Fransanın İrəvanı dəstəkləmək cəhdləri tamamilə ikiüzlülükdür”
Yevgeni Mixaylov

“Fransanın İrəvanı dəstəkləmək cəhdləri tamamilə ikiüzlülükdür”.

Bunu “Report”a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Ehtimal etmək olar ki, bu dəstək sabitliyi pozmağa və Cənubi Qafqazda əsas sülhməramlı olan Rusiyanın səylərini gözdən salmağa yönəlib”, - o vurğulayıb.

Rusiyalı ekspert hesab edir ki, Fransa Prezidenti Emmanuel Makronla çox az ölkə hesablaşır və Paris təsirini itirir: “Fransanın, ilk növbədə anti-Rusiya sanksiyaları nəticəsində böyük iqtisadi problemləri var. İrəvanın yerinə olsaydım, onun köməyinə ümid etməzdim”.

O əlavə edib ki, Avropa İttifaqı (Aİ) və ABŞ “geosiyasi oyunlardan doyduqdan” sonra İrəvan həll olunmamış problemləri ilə baş-başa qalacaq və vəziyyəti sabitləşdirmək üçün geri qayıtmağa və Moskvadan kömək istəməyə məcbur olacaq: “Azərbaycan uzun müddətdir anlayır ki, Fransa Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı deyil. Üstəlik, son vaxtlar bütün diplomatik səylər ABŞ-ın himayəsi altında həyata keçirilir. O, ilk növbədə Rusiyanın Ermənistanda və bütün Cənubi Qafqazda təsirini zəiflətməkdə maraqlıdır”.

Xatırladaq ki, son zamanlar Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Son xəbərlər

Orphus sistemi