Ekspert: "Fransa Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş nəticələrə kölgə salmağa çalışır"

Ekspert: "Fransa Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş nəticələrə kölgə salmağa çalışır" "Fransa otuz il erməni lobbisinin maraqlarına xidmət edib. Parisin mövqeyi aydındır. Ona görə də biz Fransanın Avropa İttifaqı ilə əvəz olunmasını istəyirdik. Fransa Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş nəticələrə kölgə salmağa çalışır".
Xarici siyasət
6 Dekabr , 2022 11:08
Ekspert: Fransa Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş nəticələrə kölgə salmağa çalışır

"Fransa otuz il erməni lobbisinin maraqlarına xidmət edib. Parisin mövqeyi aydındır. Ona görə də biz Fransanın Avropa İttifaqı ilə əvəz olunmasını istəyirdik. Fransa Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş nəticələrə kölgə salmağa çalışır".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərova BMTM və MEDİA Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlimdə deyib.

O bildirib ki, İran və Türkiyənin mövqeyi isə aydındır: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşması davam edir. Bu proses Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə paralel davam etdirilməlidir. Bir proses digəri ilə bağlıdır".

"2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından, yəni atəşkəsdən sonra Ermənistandan Azərbaycan ərazisinə daxil olaraq terror-təxribat əməlləri törətməyə cəhd edən silahlılar Laçın dəhlizi vasitəsilə keçiblər. Buna baxmayaraq Azərbaycan humanizm nümayiş etdirərək onların bir hissəsini artıq qaytarır", - E.Cəfərova vurğulayıb.

Onun sözlərinə görə, ən böyük problemlərdən biri Ermənistanın verdiyi mina xəritələrin düzgün olmamasıdır: "Bu xəritələrdə dəqiqlik 25 faizdir. Həmçinin kommunikasiyaların açılması ilə bağlı təəssüf ki, ciddi irəliləyiş yoxdur. Halbuki üçtərəfli razılaşmalarda bu məsələ əks olunub".

E.Cəfərova bildirib ki, sülh müqaviləsi ilə bağlı Avropa İttifaqı (Aİ) xüsusi fəallıq göstərir, Rusiya isə Aİ-nin fəaliyyətini rəqabət kimi qiymətləndirir: "Təsadüfi deyil ki, Brüsseldə görüş olandan sonra Moskva və Soçidə də müzakirələr keçirilir".

Son xəbərlər

Orphus sistemi