Ekspert: "Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq imkanları açılır"

Ekspert: "Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq imkanları açılır" Azərbaycanla ABŞ arasında yeni və nəhayətsiz əməkdaşlıq imkanları açılır.
Xarici siyasət
2 Fevral , 2022 14:13
Ekspert: Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq imkanları açılır

"Azərbaycanla ABŞ arasında yeni və nəhayətsiz əməkdaşlıq imkanları açılır".

Bunu “Report”a amerikalı hüquqşünas və jurnalist, milli təhlükəsizlik eksperti İrina Zukerman (İrina Zuckerman) iki ölkə arasında diplomatik münasibətlərinin 30 illiyinə dair fikir bildirərkən deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində Ağ ev Azərbaycanın Cənubi Qafqazda siyasi müttəfiq və iqtisadi tərəfdaş kimi mühüm rolunu dəyərləndirib. Bundan sonra, xüsusilə də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə ortaya çıxan yeni gerçəkliklərlə bağlı iki ölkənin əməkdaşlığı daha sürətlə inkişaf edəcək.

“Təəssüf ki, iki ölkənin münasibətləri enerji və hərbi əməkdaşlıq çərçivəsindən o yana getməyib. Amma İkinci Qarabağ müharibəsindəki qələbədən, torpaqların azad olunmasından sonra vəziyyət kökündən dəyişib, növbəti 30 ildə daha geniş imkanlar görünür”, – ekspert vurğulayıb.

O diqqətə çatdırıb ki, rəsmi Vaşinqton bir tərəfdən Azərbaycana azad edilən torpaqları minalardan təmizləmək üçün mühüm yardımlar göstərib, digər tərəfdən isə Cənubi Qaz Dəhlizinin (SGC) Avropadakı enerji böhranını dəf etməkdə oynadığı mühüm rolu dəstəkləyir.

“İndi mədəniyyət və elm sahəsindəki təmaslar, yeni enerji və high-tech növləri və sair sahələrdə işgüzar və iqtisadi əməkdaşlıqlar üçün yollar açılır. Bəli, Qafqazdakı vəziyyət Birləşmiş Ştatların heç vaxt öncül məsələsi olmayıb, amma indi Azərbaycan özünü yeni müstəvidə, yəni geosiyasi böhranların iştirakçısı qismində yox, ABŞ-ın böyük şirkətlərinə, hökumətin müxtəlif layihələri üçün çox şey təklif edə biləcək tərəfdaş olaraq doğrultmaq fürsəti qazanıb”, - o fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi