Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması regionun çiçəklənməsinə töhfə verəcək”

Xarici siyasət
  • 30 mart, 2023
  • 08:28
Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması regionun çiçəklənməsinə töhfə verəcək”
İrina Zukerman

“Azərbaycanın İsraildə səfirliyinin açılması problemlərin öhdəsindən gəlmək, regionun çiçəklənməsinə və təhlükəsizliyin təmin edilməsinə gətirib çıxaracaq ümumi siyasət yürütmək üçün ölkələr arasında birgə iş imkanları yaradır”.

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman bildirib.

“Səfirlik daha fəal fikir mübadiləsinə, insanlar arasında əlaqələrin qurulmasına, həmçinin ticarətin həcminin artırılmasına, tibb, təhsil, kənd təsərrüfatı, enerji və bir çox digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, - Zukerman bildirib.

O qeyd edib ki, İsrail və Azərbaycanın ümumi təhlükələrə qarşı mübarizədən tutmuş, incəsənət və mədəniyyət, bərpa olunan enerji, rəqəmsal innovasiyalar, rəqəmsal iqtisadiyyata keçid, yenidənqurma və “ağıllı” şəhərlərin tikintisi sahəsində əməkdaşlığadək bir sıra ortaq maraqları var.

"Ərazilərin bərpası prosesi də daxil olmaqla İsrail və Azərbaycanı bir çox ortaq cəhətlər birləşdirir. Hər iki ölkə lazımi təcrübəyə malikdir və bunu bir-biri ilə bölüşə bilər", - Zukerman fikrini tamamlayıb.

Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.

44 filmi