Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycan Ordusu regionun ən inkişaf etmiş ordularından biridir, effektiv və döyüş qabiliyyətlidir".
"Report" xəbər verir ki, bunu Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
O qeyd edib ki, bu gün dünyada çox çətin hərbi-siyasi vəziyyət yaranıb: "Azərbaycan Rusiyanın mühüm hərbi-texniki tərəfdaşlarından biridir. Bu əməkdaşlıq kiməsə qarşı yönəlməyib. O, Azərbaycanın suverenliyi və müstəqilliyinin müdafiəsinə yönəlib".
İ.Korotçenkonun sözlərinə görə, Xəzəryanı ölkələrin özləri regionun təhlükəsizliyini təmin etməlidirlər: "Xəzər regionunda heç bir xarici oyunçu olmamalıdır - nə ABŞ, nə Böyük Britaniya, nə də NATO. Xəzərin təhlükəsizlik zonası olaraq qalması bizim üçün vacibdir. Elə bu səbəblə də