"Hazırda “3+3” platforması tamhüquqlu təşkilata çevrilərsə, bu, Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verəcək”.
“Report” xəbər verir ki, bunu millətlərarası münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər Birliyinin üzvü Yevgeni Mixaylov deyib.
Onun fikrincə, qarşıda vacib sual dayanır: İrəvan öz xüsusiliyi ilə bağlı minillik miflərdən yaxa qurtara, keçmişlə yaşamağa son qoya və bu günlə yaşaya biləcəkmi?
Y.Mixaylov bildirib ki, platforma çərçivəsində əməkdaşlığın uğurla həyata keçiriləcəyi təqdirdə Cənubi Qafqaz regionunun Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün hər cür şans var: “Bunun üçün bütün ilkin şərtlər var. Üstəlik, Azərbaycanın geri qaytarılan əraziləri fəal şəkildə bərpa etməsi də regionun güclənməsinə xidmət edir. Zəngəzur dəhlizinin gələcək açılışı isə əslində ölkələr arasında güclü nəqliyyat axınının açılması deməkdir ki, bu da təkcə platforma iştirakçılarının deyil, həm də digər əsas beynəlxalq oyunçuların iqtisadiyyatlarının güclənməsinə gətirib çıxaracaq”.
Ekspert söyləyib ki, platforma işləsə, o zaman iqtisadi və digər əlaqələrin gələcək inkişafı artan sürətlə davam edəcək.
“Qeyd etmək istərdim ki, fikrimcə, “3+3” platformasının böyük gələcəyi var”, - o fikrini tamamlayıb.